Sosial şəbəkədə biz:

Bakıda məşhur "Baron" ləqəbli narkobaron tutuldu

Bakıda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan ata və oğlu həbs edilib.
Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, narkobaron Aydın Bağırov və onun oğlu Taleh Bağırov saxlanılıblar. Onlardan xeyli miqdarda narkotik vasitə götürülüb.
Məlumata görə, saxlanılan A. Bağırov kriminal aləmdə "Baron Aydın” ləqəbi ilə tanınır.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol