Sosial şəbəkədə biz:

Ermənilər Qarabağda yeni qızıl yatağı axtarırlar

09 January 2017, 18:44
Gündəm
Ermənilər Dağlıq Qarabağda geoloji qazıntı işləri aparır. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə separatçı rejimin "iqtisadiyyat naziri" Andranik Xaçatryan məlumat verib. Onun sözlərinə görə, “Qold Star” şirkəti ərazidə geoloji qazıntı işləri aparır. Qazıntı işlərinin bitməsindən sonra investisiya proqramının tərtib olunması gözlənilir. Bundan öncə, şirkət Dağlıq Qarabağın qızıl yataqlarından birində geoloji kəşfiyyat işləri aparmışdı.