Dünyanın ən dəqiq insanları haradadır? - MARAQLI
İsveçrə dünyanın ən dəqiq ölkəsidir. Alp dağları üzərində yerləşən bu ölkədə, hər kəs zaman və təmizliyə çox önəm verir.
Bu vəziyyətə öyrəncəli olmayan insanlar, qarışıq hisslər yaşaya bilər, təəccüb və rahatlıqla yanaşı, bir az da narahatlıq hiss edərlər. Dəqiqlik isveçrəlilərin həyatının bir parçası və xoşbəxtlik qaynağıdır. Xüsusilə də, İtaliya və Fransa kimi zamanla oynayan ölkələrdən sonra, İsveçrəyə gedənlər, buradakı dəqiqliyə qarşı fərqli hisslər keçirir. Əvvəl bu vəziyyət xoşunuza gələr. Kiminlə hansı saatda görüşəcəksinizsə, o saatda da gələr, nə 5 dəqiqə əvvəl, nə də 5 dəqiqə sonra. Daha sonra, əsəbinizə toxunmağa başlayar. İngilis yazıçı Evelyn Waugh "dəqiqlik, bezginlikdən qaynaqlanır" deyir. Halbuki, İsveçrədə dəqiqlik, başqalarına qarşı hörmət və düşüncəli davranışın ifadəsidir.
Fotonun müəllifiTHİNKSTOCK
Fotonun müəllifiTHİNKSTOCKDəqiqliyin qeyri-üstünlükləri
11 ildir Cenevrədə yaşayan amerikalı yazıçı Susan Jane Gilman, indiyədək heç bir taksinin gecikmədiyi və soyuducu çatdırılması üçün verilən zaman aralığına uyğun hərəkət edildiyi kimi misallar çəkir. Bundan qabaq hər şey üçün gecikdiyini söyləyən Gilman, dəqiqliyə öyrəşdiyini və bu şəkildə "hər kəsin zamanına hörmət edildiyini" bildirir. Lakin, bunun üstün olmayan yanları da var: Doğulduğu şəhərə, New Yorka hər getdiyində oradakı qeyri-dəqiqliyin artıq onu narahat etdiyini söyləyir Gilman. Başqa bir tərəfdən, İsveçrədə hər kəs dəqiq olduğuna görə, günortadan sonra saat 4-də kafelər dolu olur. Çünki, hər kəs eynən bu vaxt, qəhvə fasiləsinə çıxır. Eyni zamanda, binanızdakı camaşırxanadan istifadə etmək üçün, sizə verilən gün və saatı gözləməniz gərəkdir. Dəqiqlik, qarşındakı insandan da eyni davranış gözləmək təsiri yaratdığı üçün, həyata keçmədiyi təqdirdə, xariqüladə pərtlik və əsəbə səbəb olur.
Fotonun müəllifiTHİNKSTOCK