Sosial şəbəkədə biz:

Ağstafada 3 yaşlı körpə yatdığı beşikdə yandı

11 January 2017, 13:20
Gündəm
Ağstafa rayonunda 3 yaşlı körpə yanıq xəsarətləri alıb. Belə ki, rayonun Aşağı Göyçəli kəndində yaşayan İsa Ələkbərovun evində pərdənin qaz sobasının üstünə düşməsi nəticəsində yanğın baş verib. Nəticədə pərdə və İ.Ələkbərovun 3 yaşlı nəvəsi Səidin yatdığı beşik yanıb. Xəsarət alan uşaq xəstəxanaya yerləşdirilib. Virtualaz.org bildirir ki, xəbəri Daxili İşlər Nazirliyinin saytı yayıb.