Sosial şəbəkədə biz:

Dəmirəlin cənazəsi ilə selfi çəkdirdi – VİDEO

Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin cənazəsi Kocatepe Məscidinə gətirilib. Anspress-in məlumatına görə, Dəmirəlin cənazəsinin keçidi əsnasında bəzi vətəndaşlar telefonlarıyla selfie çəkməyə çalışıb. Polis təhlükəsizlik tədbirləri üçün böyük səy göstərib. Ancaq buna baxmayaraq bəzi vətəndaşlar selfi çəkdirməsi xoş qarşılanmayıb. Hətta sosial şəbəkələrdə insanlar selfi çəkdirənləri tənqid ediblər. Qeyd edək ki, Dəmirəlin cənazəsi hazırda xüsusi avtomobillə Kocatepe Məscidinə aparılıb. Burada cümə namazının ardından cənazə namazı qılınacaq. Dəmirəlin qəbri daha sonra İspartaya aparılacaq və şənbə günü burada dəfn olunacaq. 91 yaşındakı 9-cu prezident Süleyman Dəmirəl çərşənbə günü vəfat etmişdi. Mərhum prezidentin ölüm səbəbi tənəffüs yolu infeksiyası, böyrək və ürək çatmazlığı olaraq açıqlanmışdı.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol