Sosial şəbəkədə biz:

Avtovağzaldan 3 milyondan çox sərnişin daşınıb

11 January 2017, 15:32
Gündəm
Bakı Beynəlxalq Avtovağzalı ötən il 3 milyondan çox sərnişinə xidmət göstərib. Bu barədə virtualaz.org-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib. Onun sözlərinə görə, 2016-cı il ərzində Bakı Beynəlxalq Avtovağzalından 129252 reyslə 3 milyon 234233 sərnişin daşınıb. 122046 reyslə 3 milyon 17036 şəhərlərarası sərnişin daşınması, 7206 reyslə isə 217197 beynəlxalq sərnişin daşınması həyata keçirilib.