Sosial şəbəkədə biz:

“Samsung”un rəhbəri dindiriləcək

11 January 2017, 16:58
Gündəm
Cənubi Koreya prokurorluğu “Samsung” şirkətinin rəhbəri Li Çjo Yonanı dindirəcək. “Qafqazinfo” xarici KİV-nə istinadən xəbər verir ki, şirkət rəhbəri adı korrupsiya qalmaqalında hallanan prezident Pak Kın Xenə görə dindiriləcək. Prokurorluq nümayəndəsi bildirib ki, Li Çjo Yonan yanvarın 12-si sorğuya alınacaq. Şirkət rəhbəri isə bu mövzu barədə danışmaqdan imtina edib.