Sosial şəbəkədə biz:

Azərbaycan milli komandasının keçmiş futbolçusu 44 yaşında vəfat edib

12 January 2017, 15:40
Gündəm
Azərbaycan futbolunda itki baş verib. "Kəpəz"in və milli komandanın sabiq futbolçusu Faiq Cabbarov dünyasını dəyişib. 44 yaşlı keçmiş müdafiəçi yatıb, yuxudan oynamayıb. Qeyd edək ki, Cabbarov karyerası ərzində “Avtomobilçi Yevlax”, “Kəpəz Kirovabad”, “Dinamo Kirov”, “Neftçi” və Gəncənin “Kəpəz” klublarında çıxış etmişdi. O, milli komandamızın heyətində 1993/98-ci illərdə 21 oyun keçirmişdi. (qafqazinfo)