Ramil Usubovdan yeni rəis təyinatı
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi həyata keçirilib. Azvision.az-ın məlumatına görə, tutduğu vəzifədən azad edilən Zəngilan Rayon Polis Şöbəsinin rəisi Səyyəddin Səfərovun yerinə yeni təyinat olub. Belə ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən Astara Rayon Polis Şöbəsinin rəis müavini Ənvər Həsənov Zəngilan Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Qeyd edək ki, Ənvər Həsənov əslən Zəngilan rayonundandır.