Atası döydü, Bakıya qaçıb özünü dənizə atdı
Bakıda 16 yaşlı qız özünü dənizə atıb. "Qafqazinfo" lent.az-a istinadən xəbər verir ki, gecə saat 01 radələrində Beyləqan rayonu, Yuxarı Çəmənli kənd sakini, 1999-cu il təvəllüdlü Əliyeva Aysu Sakit qızı (ad və soyad şərtidir) Dənizkənarı Milli Parkda Saat Qülləsinin yaxınlığında özünü dənizə ataraq intihara cəhd edib. 16 yaşlı qız FHN-nin əməkdaşları tərəfindən xilas olunub. İlkin araşdırmalardan sonra məlum olub ki, 16 yaşlı qız bir neçə gün əvvəl yaşadığı rayonda ailə-məişət münaqişəsi zəminində atası və qardaşı tərəfindən döyülüb. Bundan sonra o, Bakıya qaçıb və özünü öldürməyə çalışıb. Faktla bağlı araşdırmalar aparılır.