Sosial şəbəkədə biz:

«AI-92» markalı benzin də bahalaşacaq? - Tarif Şurasından reaksiya

13 January 2017, 10:20
Gündəm
Xəbər verdiyimiz kimi, Azərbaycanda "Aİ-95" premium markalı benzinin qiymətində artım baş verib. Belə ki, ölkəyə xaricdən idxal edilən və qiyməti 0.95 AZN təşkil edən "Aİ-95" premium markalı benzinin hazırki qiyməti artıq 1,05 AZN-dir. Qiymət artımnın Azərbaycanda istehsal olunan və çoxluğun istifadə etdiyi «AI-92» markalı benzinə hələ ki şamil ediləcəyi istisna edilmir. Mia.az xəbər verir ki, məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-a deyib ki, bu məsələ gündəmdə deyil: "Xaricdən idxal olunan məhsulların qiymətinin tənzimlənməsi Tarif Şurasına aid olmadığı üçün "AI-95 Premium" markalı benzin qiyməti də qurum tərəfindən tənzimlənmir. «AI-92» markalı benzinin qiymətinin dəyişdirilməsilə bağlı isə Tarif Şurasına müraciət daxil olmayıb. Hazırda bununla bağlı hər hansı məsələ müzakirə olunmur”. Qeyd edək ki, hazırda "Aİ-92" markalı benzinin qiyməti 0.70 AZN-dir.