"Bizi məcbur edəcəklər ki, səhmdarları ermənilər olan şirkətlə əməkdaşlığı davam etdirək?"
“Yalançının yaddaşı olmaz – əvvəl deyirdi işdən çəkilmək üçün ona 200 min manat təklif etmişəm, indi 300 min manata qaldırıb. Yəqin ki, bir müddətdən sonra 500 mindən dəm vuracaq. Bunlar Aslan İsmayılovun ürəyindən keçənlərdir, reallıqla heç bir əlaqəsi yoxdur. Ola da bilməz. O, bu yalanlarla guya öz dəyərini artırmaq, əvəzedilməz, prinsipial vəkil olduğunu nümayiş etdirmək, bunula da öz “bazarını” qızışdırmaq istəyir. Amma onun vəkil kimi bir uğurunu xatırlayan varmı? Son illər hansısa işdə uğur qazanıbmı? Yoxdur! Elə isə hansı məntiqlə mən bu uğursuz vəkilə o qədər pul təklif etməliyəm?”
Bunları iş adamı, “Xəmsə” restoranlarının sahibi Mürvət Həsənli vəkil Aslan İsmayılovun yeni açıqlamalarına münasibət bildirərkən deyib. Azinforum.az "Azpolitika"ya istinadən həmin yazını təqdim edir.
A.İsmayılov sonuncu müsahibəsində həmçinin iddia edib ki, “Emre Piliç”lə Mürvət Həsənlinin borc qalmaqalı Türkiyə hökumətinin gündəminə çıxarılıb. Sitat: “Emre Piliç”in sahibi Ömür Oral Türkiyənin İş Adamları Birliyinin üzvüdür. Onlar bu məsələylə bağlı Türkiyə hökumətinə müraciət ediblər. Hökumətin ən yüksək səlahiyyətli şəxslərindən birinin vasitəsilə Azərbaycan hakimiyyəti qarşısında məsələ qaldırmaq niyyətindədirlər. Yəqin ki, bu ay, ya da gələn ay Türkiyənin nümayəndə heyəti məhz bu işə görə Azərbaycana gələcək. Bundan əlavə, Türkiyə səfirliyi də eyni məsələ ilə bağlı nota verib.
Mənim bildiyimə görə, Türkiyə dövlət başçısının Azərbaycan Prezidentinə də bu barədə məktubu olacaq…”
M.Həsənli deyir ki, bunlar da A.İsmayılovun uydurmasıdır. “Türkiyə hökumətinin üzvləri məsələ qaldırıb nə deyəcəklər? Bizi məcbur edəcəklər ki, səhmdarları ermənilər olan şirkətlə əməkdaşlığı davam etdirək? Ya məhkəmənin əvəzindən qərar verəcəklər? Prezident İlham Əliyev atdığı bütün addımlarında müstəqil dövlətin müstəqil prezidenti olduğunu sübut edib! Bu müddət ərzində beynəlxalq təşkilatlar da, böyük-kiçikliyindən asılı olmayaraq, digər dövlətlərin siyasi xadimləri də İlham Əliyevə təzyiq göstərməklə nəyəsə nail olmağın qeyri-mümkünlüyünü birdəfəlik dərk ediblər. Məgər cənab Ərdoğanın işi-gücü yoxdur ki, Orallarla mənim borc mübahisəmlə məşğul olsun? Bu nə səviyyəsiz uydurmadır? Bir daha deyirəm ki, bizim məsələmiz ancaq məhkəmə müstəvisində, hüquqi yolla öz həllini tapacaq. A.İsmayılovun “Feysbuk” “qəhrəmanlığının” heç bir nəticəsi olmayacaq. Əksinə, bununla həm özünə, həm də müdafiə etdiyi yarıerməni şirkətinə əlavə problemlər yaradacaq”.
“Ad çəksin…”
M.Həsənli ilə Türkiyənin “Emre Piliç” şirkəti arasında məhkəmə çəkişməsi var. A.İsmayılov bu çəkişmədə səhmlərinin 30 faizi ermənilərtə məxsus olan “Emre Piliç” şirkətinə vəkillik edir və sosial şəbəkələrdə, KİV-lərdə Mürvət Həsənliyə qarşı kampaniya aparır. A.İsmayılov sonuncu müsahibəsində deyib: “Notariusa sənəd imzalamağa gedəndə Mürvət mənə bu işdən çəkinməyim üçün 300 min dollar təklif etdi. Buna tərəf tərs baxan kimi də dərhal əlavə etdi: “Aslan müəllim, hamı sizi ona görə istəyir ki, pulla almaq mümkün deyil”. İndi mənə qarşı iddialar irəli sürür ki, guya mən Ömür Oraldan 200 min alıb Azərbaycanın maraqlarını erməniyə satıram. İndi də onu buraxıb məni təhdid edir. Halbuki, ölkədə nə qədər tanınmış yazıçı, jurnalist, mədəniyyət xadimi var, hamısını mənim üstümə minnətə salmışdı”. M.Həsənli deyir ki, vəkilin bu iddiası ağ yalandır. Nə ona pul təklif edib, nə də yanına minnətçi göndərib. “Əvvəla, buna əsas yoxdur. A.İsmayılovun bu işdə “Emre Piliç” şirkətini müdafiə etməsinin ümumi gedişata heç bir təsiri olmayacaq. Çünki mən haqlı tərəfəm və məhkəmədən sonra hamı bunun şahidi olacaq. KİV-lərdə səsləndirdiyi böhtanlara görə isə o, məhkəmə qarşısında cavab verəcək. Bildiyiniz kimi, artıq onu məhkəməyə vermişəm. İkincisi, yenə də yalan danışır, böhtan atır. Kimləri onun yanına göndərmişəm, ad çəksin. Niyə ad çəkmir? Ona kimsə nəsə deyibsə də, bunun mənə aidiyyatı yoxdur. Əksinə, son günlər onun özü mənə müxtəlif kanallarla eşitdirir ki, daha bu işdə yoxam. Amma mən buna heç bir əhəmiyyət vermirəm. Məhkəmə iddiamı da geri çəkmək niyyətində deyiləm. A.İsmayılov böhtanlarına görə cavab verəcək və layiqli cəzasını alacaq”.“Məgər cənab Ərdoğanın işi-gücü yoxdur?”