Sosial şəbəkədə biz:

Nazirlik Bakıda bir müəssisənin lisenziyasını ləğv etdi

20 June 2015, 15:27
Gündəm
Azərbaycanda bir sənaye müəssisəsinin lisenziyası ləğv edilib. İqtisadiyyat və Sənaye Nazirliyindən Trend-ə verilən məlumata görə, "Metalçılar-2" MMC-yə verilmiş xüsusi razılıq (lisenziya) ləğv edilib. Liseyniya həmin müəssisəyə əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyət növünün həyata keçirilməsi üçün verilmişdi.