Sosial şəbəkədə biz:

Azərbaycanda yükdaşıma illik 35% bahalaşıb

13 January 2017, 23:56
Gündəm
Azə\rbaycanda ötən ildə 2015-ci ilə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 34,5% artıb. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Ötən ilin dekabr ayında noyabr ayına nisbətən yükdaşıma qiymətləri 2,6%, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 2,6 və 3,6%, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 3,6%, dəniz nəqliyyatında 3,7%, avtomobil nəqliyyatında 1,3% artıb, ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb.