Sosial şəbəkədə biz:

İsmayıl Ağayev Əjdər Tağızadəyə 1993-cü ildə çəkilən VİDEO ilə  CAVAB verdi

Bir müddət əvvəl, DAK-dan uzaqlaşan Əjdər Tağızadənin verdiyi son  müsahibə Azərbaycan cəmiyyətində bomba effekti yaratmış oldu. O, həmin müsahibədə DAK Azərbaycan Nümayəndəliyinin rəhbəri İsmayıl Ağayevin də ünvanına sərt ittihamlar səsləndirib. Həmin müsahibədən sitat:
"İsmayıl Ağayev bir vaxtlar polis rəisi olub, camaata qan uddurub. Elə qatı cinayətkar odur. Heydər Əliyev də onu Azərbaycanın düşməni adlandırmışdı. İndi Sabir bu adamı Azərbaycan nümayəndəsi kimi DAK-a gətirib. Hansı etika, hansı anlayışla? Bunun başına su töküb, cinayətini təmizləyirsən? İsmayıl Ağayevi DAK-dan uzaqlaşdırdıq. Nazim İbrahimov da onun DAK-a gəlməsindən razı qalmamışdı. O, müxalifətçi də deyil, heç özü də bilmir kimdir… Hələ həbsdə də yatıb..."
Qeyd edək ki, DAK rəhbərliyi Əjdər Tağızadəni səsləndirdiyi fikirlərə görə məhkəməyə verməyə hazırlaşır.  DAK-ın Azərbaycan Nümayəndəliyi də, ayrıca bəyanatla Əjdər Tağızadəyə sərt cavab verib.
Nümayəndəliyin rəhbəri İsmayıl Ağayev öz Facebook hesabında Əjdər Tağızadə barədə sərt fikirlər yazıb. Onu və qardaşını cinayətkar adlandırıb: "Əjdər və qardaşı gec-tez qanun qarşısında cavab verəcəklər".
İsmayıl Ağayev həmçinin 1993-cü ildə mərhum prezident Heydər Əliyevin çağrışı ilə bütün qohumlarını başına yığaraq cəbhəyə  necə yollanmasının videogörüntülərini paylaşıb. Azinforum.az həmin videonu təqdim edir:
 Rövşən ƏLİ


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol