Sosial şəbəkədə biz:

Şəhidimiz Astaranın Şahağacı kəndində dəfn olunacaq

15 January 2017, 14:50
Gündəm
Şəhid Fikrət Bəşirov bu gün doğulduğu Astaranın Şahağacı kəndində dəfn olunacaq. Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu 1980-ci il təvəllüdlü Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub. APA-nın verdiyi məlumata görə, bu gün şəhidin doğulduğu Astaranın Şahağacı kəndində dəfn olunacağı gözlənilir. Qeyd edək ki, şəhid müddətdən artıq hərbi qulluqçu olub.