Sosial şəbəkədə biz:

Başçının bu kənddən xəbəri var? - Müraciət

16 January 2017, 11:57
Gündəm
Şabran rayonunun Zeyvə kənd sakinləri icra başçısından kömək istəyir. Belə ki, kəndin girişindəki “Şabran çay”ı üzərindən keçən körpü tamamilə sıradan çıxıb. Buna görə də sakinlər özləri işıq dirəkləri ilə körpünü müvəqqəti bərkidiblər ki, çayı keçə bilsinlər. Çox təəssüf ki, körpünün təhlükəli vəziyyətdə olmasına görə heç bir nəqliyyat vasitəsi körpüdən keçə bilmir. Zeyvə kəndində olan əməkdaşmız kəndin aprel Şəhidi Babək Vəfadar oğlu Abidovun ailəsindən reportaj hazırlayarkən sakinlər adıçəkilən körpü probleminə görə də əməkdşamızdan kömək istəyiblər. Azinforum.az moderator.az əməkdaşının kamerasına tuş gələn həmin fotoları təqdim edir: Başçının bu kənddən xəbəri var?