Sosial şəbəkədə biz:

Bakı-2015: Bu gün 25 dəst medal oynanılır

  Bakı-2015 I Avropa Oyunlarının X günündə 13 idman növü üzrə yarışlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu gün 25 dəst medal oynanılacaq. Bu da yarışların arxada qalan hissəsi üçün rekord göstəricidir. Ümumilikdə isə yalnız iyunun 27-də daha çox – 27 medal dəsti uğrunda mübarizə gedəcək. Bu gün sahibləri müəyyənləşəcək 25 medal dəsti 10 növə təsadüf edəcək. Qalibləri bəlli olacaq növlərdən 8-də yarışlara yekun vurulacaq. Milli Gimnastika Arenasında 4 növ üzrə yarışlar yekunlaşacaq. Bu idman qurğusundakı son gündə aerobikada 2, akrobatikada 4, bədii gimnastikada 4, batut gimnastikasında 6 dəst medal uğrunda mübarizə yaşanacaq. Komanda idman növləri – su polosu, çimərlik voleybolu, həmçinin velosiped şossesində sonuncu mükafatçılar bəlli olacaq. Suyatullanmada isə son 2 növ üzrə mükafatçılar bəlli olacaq. Hələ davam edəcək kamandan oxatmada 1, atıcılıqda 3 dəst medal oynanılacaq. Boks və voleybol yarışlarında isə növbəti qarşılaşmalar baş tutacaq.   21 iyun   08:45. Atıcılıq Kişilər arasında 50 metrdən 3 vəziyyətdə tüfəng ilə atəş Kişilər arasında dairəvi stend Kişilər arasında 25 metrdən tapança ilə sürətli atəş Bakı Atıcılıq Mərkəzi   09:00. Kamandan oxatma Qadınlar, 1/16 final, 1/8 final, 1/4 final, 1/2 final, final Tofiq Bəhramov adına Respublika stadionu   09:00. Suyatullanma Qadınlar, 3 m tramplin Kişilər, platforma Bakı Su İdmanı Mərkəzi   09:00. Voleybol Qadınlar, A qrupu Belçika - Polşa Bakı Kristal Zalı   10:00. Batut gimnastikası Kişilər Qadınlar Kişilər, sinxron hərəkətlər Qadınlar, sinxrom hərəkətlər Milli Gimnastika Arenası   10:00. Çimərlik voleybolu Kişilər Yarımfinal, 3-cü yer uğrunda oyun, final Çimərlik Arenası   10:00. Şosse velosipedi idmanı Kişilər, şosse yarışı   10:05. Aerobika Qarışıq cütlük Final Milli Gimnastika Arenası   11:00. Voleybol Qadınlar, B qrupu Hollandiya - Bolqaristan Bakı Kristal Zalı   11:10. Aerobika Qruplar Final Milli Gimnastika Arenası   12:30. Boks 1/8 final Qadınlar, 60 kq Kişilər, 64 kq, 69 kq, 75 kq, 91 kq Bakı Kristal Zalı   13:00. Su polosu Kişilər, 7-ci yer uğrunda Almaniya - Macarıstan Vaterpol Arenası   14:30. Bədii gimnastika Ayrı-ayrı alətlərlə fərdi yarışlar Qrup hərəkətləri Milli Gimnastika Arenası   14:30. Su polosu Kişilər, 5-ci yer uğrunda Rusiya - İtaliya Vaterpol Arenası   14:30. Voleybol Qadınlar, A qrupu İtaliya – Rumıniya Bakı Kristal Zalı   14:35. Akrobatika Qarışıq cütlük Temp hərəkətləri Final Milli Gimnastika Arenası   16:00. Atletika Bakı Olimpiya stadionu   16:05. Akrobatika Qadınlar arasında qrup Balans hərəkətləri Final Milli Gimnastika Arenası   16:30. Voleybol Qadınlar, B qrupu Xorvatiya - Almaniya Bakı Kristal Zalı   17:30. Akrobatika Qarışıq cütlük Balans hərəkətləri Final Milli Gimnastika Arenası   18:00. Su polosu Kişilər, 3-cü yer uğrunda Xorvatiya - Yunanıstan Vaterpol Arenası   18:25. Akrobatika Qadınlar arasında qrup Temp hərəkətləri Final Milli Gimnastika Arenası   19:30. Su polosu Kişilər, 1-ci yer uğrunda İspaniya - Serbiya Vaterpol Arenası   20:00. Voleybol Qadınlar, A qrupu Türkiyə - Azərbaycan Bakı Kristal Zalı   22:00. Voleybol Qadınlar, B qrupu Rusiya – Serbiya Bakı Kristal Zalı


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol