Sosial şəbəkədə biz:

“Samsung”un vitse-prezidentinin həbsinə order verildi

16 January 2017, 16:51
Gündəm
Cənubi Koreya prokurorluğu “Samsung” şirkətinin vitse-prezidenti Li Çje Yonun həbsinə order verib.Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ona korrupsiya, vəsaitin mənimsənilməsi və yalan ifadə vermək ittihamları irəli sürülüb. Onun həbsi məhkəmə tərəfindən də təsdiqlənməlidir. Bununla bağlı məhkəmə dinləmələri yanvarın 18-də keçiriləcək. Qeyd edək ki, vitse-prezidentlə bağlı araşdırma ölkə başçısı Pak Kın Xeyə qarşı açılan cinayət işi ilə əlaqəlidir.