Sosial şəbəkədə biz:

Azərbaycanda enerji sistemi yenilənir - 6 yeni yarımstansiya tikiləcək

16 January 2017, 22:05
Gündəm
“Azərişıq” ASC Asiya İnkişaf Bankının Azərbaycanda enerji sisteminin yenilənməsi üzrə proqramı çərçivəsində 6 yarımstansiyanın tikilməsi və təchizatını planlaşdırır. Teleqraf.com-un məlumatına görə, proqram çərçivəsində 35/10 kVt gücündə “İlisu”, “Oğuz”, “Şamaxı”, “Əlvədi”, “Səpnəkəran” və “Pirsaat” yarımstansiyalarının layihələndirilməsi və tikintisi nəzərdə tutulur. Qeyd edək ki, proqramın həyata keçirilməsi ilə əlaqədar “Azərişıq” ASC tərəfindən tender elan olunub.