Sosial şəbəkədə biz:

Rusiyalı müğənni məhkəməyə verildi - Azərbaycana gəldiyi üçün

18 January 2017, 10:16
Gündəm
Rusiyanın məşhur müğənnisi Byanka məhkəməyə verilib.Qafqazinfo” xəbər verir ki, “Warner Music Russia” şirkəti sənətçidən 8 milyon rubl təzminat tələb edir. Belə ki, Byanka şirkətdən icazəsiz Azərbaycan, Qazaxıstan və Almaniyada konsert verib. Onun 50-ə kimi qanunsuz səhnəyə çıxdığı bildirilib. Səsyazma şirkətinin nümayəndəsi qeyd edib ki, şirkət sənətçi ilə 2012-ci ldə müqavilə imzalayıb: “Razılaşdırılmamış konsertlərin sayı 50-ə çatır. Müqavilə şərtlərinə uyğun olaraq konsert verən zaman bizdən icazə almalıdır. Əks halda həmin məkanlardan əldə etdiyi gəlirin yarı faizi bizə ödənilməli idi. O isə qaydaları pozdu”. Rusiyalı müğənni məhkəməyə verildi -  Azərbaycana gəldiyi üçün Rusiyalı müğənni məhkəməyə verildi -  Azərbaycana gəldiyi üçün Rusiyalı müğənni məhkəməyə verildi -  Azərbaycana gəldiyi üçün