Sosial şəbəkədə biz:

Bakıda polis avtomobili piyadanı vurub öldürdü

19 January 2017, 10:41
Gündəm
Bu gün Bakıda piyadanın ölümü ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib. Sabunçu Rayon Polis İdarəsindən (RPİ) APA-ya bildirilib ki, Çevik Polis Alayına məxsus “Fiat Doblo” markalı avtomobil yolu keçən piyada Telman Hacıyevi vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı RPİ-də araşdırma aparılır.