Sosial şəbəkədə biz:

Generallar hakim önünə çıxarılır - Bu gün

19 January 2017, 10:43
Gündəm
Bu gün Sabunçu rayon məhkəməsinin inzibati binasında ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və onların əməkdaşları Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinyət işi üzrə məhkəmə prosesi başlayır.Qafqazinfo”nun verdiyi xəbərə görə, proses Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçiriləcək. Bu günkü iclasda ilkin hazırlıq prosesi baş tutacaq. Qeyd edək ki, adıçəkilən şəxslər qanunsuz dinləmədə, sahibkarlara hədə qorxu gələrək pul almaqda, vəzifə səlahiyyətlərini aşmaqda, rüşvət almaqda təqsirləndirilirlər.