Sosial şəbəkədə biz:

“CinemaPlus”da “Qanlı Yanvar” filmin pulsuz nümayişi olacaq

19 January 2017, 16:21
Gündəm
  “CinemaPlus” kinoteatrlar şəbəkəsi 20 yanvar tarixində“Qanlı Yanvar” filmini pulsuz nümayiş edəcək. Filmin rejissoru Vahid Mustafayev, baş rollarda isə Nəbahət Çehrə, Faiq Mirzəyev və Azər Aydəmir oynayırlar. Film 1990-cı ilin 20 yanvar faciəvi hadisələrindən bəhs edir. İki qardaş-kommunist Nəcəf və inqilabçı Mehdidir və hər birinin öz həqiqəti var. Dramın mərkəzində isə onların anası-Xədicədir. Əlavə olaraq, 20 yanvar tarixində “CinemaPlus” kinoteatrlar şəbəkəsi komediya filmlərini repertuarından çıxardacaq.