Sosial şəbəkədə biz:

Çevrilişə cəhdlə bağlı 43 min adam tutulub - Ərdoğan açıqladı

19 January 2017, 17:44
Gündəm
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çevriliş cəhdindən sonra həbs edilənlərin sayını açıqlayıb.Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, ölkə başçısı dəqiq rəqəmləri “35-ci Muxtarlar Toplantısı”nda çıxışı zamanı açıqlayıb. Onun sözlərinə görə, ötən il çevriliş cəhdindən sonra əməliyyatlarda 43 min nəfər həbs edilib, 95 mini isə dövlət işindən azad edilib. R.T.Ərdoğan onu da əlavə edib ki, belə təmizlik işləri tam bitməyib və davam edir.