Sosial şəbəkədə biz:

Bakıda külli miqdarda narkotik aşkarlanıb

20 January 2017, 15:08
Gündəm
Bakıda sakinlərindən külli miqdarda narkotik götürülüb. DİN-in saytının yaydığı məlumata görə, Abşeron RPİ və Mehdiabad PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Novxanı kənd sakini Əli Ələsgərovdan 8 kiloqram 361 qram marixuana götürülüb. Suraxanı RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hövsan qəsəbə sakini Azər Quliyevdən 0,155 qram, evinə baxış zamanı isə 402,163 qram heroin aşkar edilib.