Sosial şəbəkədə biz:

Azərbaycanda qardaş bacısını öldürdü - Qısqanclığa görə

23 January 2017, 13:36
Gündəm
Şamaxı sakini, 1977-ci il təvəllüdlü Rafael Yolçuyev bacısı, 1981-ci il təvəllüdü Yasəmən Arzuxanovanı boğaraq öldürüb.
“ Azinforum.az ” xəbər verir ki, Ölkə.Az-ın əldə etdiyi məlumata görə, hadisə qısqanclıq zəmnində baş verib. Arzuxanova ailəlidir, üç övladı var. R.Yolçuyev qətli törədəndən sonra könüllü surətdə polisə təslim olub.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.