Sosial şəbəkədə biz:

Göyçayda 11 yaşlı uşaq həmyaşıdını güllələdi

23 January 2017, 14:17
Gündəm
Göyçay şəhərində yaşayan 11 yaşlı Ə. Şirəliyev əlindəki pnevmatik tüfənglə həmyaşıdına xəsarət yetirib. Virtualaz.org-un Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, yanvarın 21-də Göyçay şəhərində yaşayan Ə.Şirəliyev həyətlərində atasına məxsus pnevmatik tüfənglə ehtiyatsız davrandığından atəş açılıb və nəticədə qonşusu-həmyaşıdı F.Nəzərov xəsarət alıb. F.Nəzərov xəstəxanaya yerləşdirilib. Göyçay RPŞ əməkdaşları tərəfindən hadisə yerindən nömrəsiz pnevmatik tüfəng götürülüb. Faktla bağlı araşdırma aparılır.