Sosial şəbəkədə biz:

Ermənistan ordusunda qətllərin sayı kəskin artıb

26 January 2017, 20:45
Gündəm
2016-cı ildə Ermənistan silahlı qüvvələrində qətllər, intiharlar və başqa hadisələr səbəbindən ölüm halları əvvəlki illərə nisbətən artıb. Bunu epress-ə "Yurnalistlər insan hüquqları naminə" ictimai təşkilatının sədri Janna Aleksanyan deib. O həmçinin qeyd edib ki, bu onlar üçün gözlənilməz olub. "Mən həmişə hesab edirdim ki,sərhəddə vəziyyət nə qədər gərgindirsə, hərbi hissələrdə də bir o qədər diqqətli və səfərbər olurlar. Ancaq əksi oldu", - deyə Aleksanyan bildirib. Erməni insan hüquqları müdafiəçisinin sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi bütün xalqın əsgərlərin həyatı ilə yaşadığı keçənilki aprel eskalasiyası günlərində cəmiyyətin məlumatlandırılması işinin öhdəsindən də gələ bilməyib. (Virtualaz.org)