Sosial şəbəkədə biz:

DTX xüsusi əməliyyat keçirdi: silahlı dini ekstremist məhv edildi

26 January 2017, 22:29
Gündəm
Bu gün, 26 yanvarda Dövlət Təhlükəsizliyi Xidməti silahlı cinayətkarın – dini ekstremist, Azərbaycan vətəndaşı Ocaqov Ceyhun İslam oğlunun tutulması üçün xüsusi əməliyyatı keçirib. Əməliyyat zamanı cinayətkar silahlı müqavimət göstərib. Bu barədə virtualaz.org-a DTX-nın ictimai əlaqələri üzrə şəbəsindən bildiriblər. Məlumatına görə, DTX əməkdaşları qanuna uyğun olaraq silah tətbiq ediblər. Cinayətkar məhv edilib.