Sosial şəbəkədə biz:

“Sovetski”dəki yanğında bir nəfər ölüb

27 January 2017, 18:46
Gündəm
Bakının "Sovetski" adlanan ərazisindəki yaşayış binasında güclü yanğın baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər tüstüdən zəhərlənib. Yanğının söndürülməsi işləri davam etdirilir. (“Trend”) *   *   *17:46 Bakının “Sovetski” kimi tanınan ərazisində yanğın başlayıb. APA-nın məlumatına görə, hadisə Akademik Milli Dram Teatrı yaxınlığında qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və texnikası cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.