Sosial şəbəkədə biz:

BP-nin reytinqi zəifləyib

"Fitch" beynəlxalq reytinq agentliyi dünya bazarında neftin ucuzlaşması fonunda, habelə 2010-cu ildə Meksika körfəzində baş verən faciədən sonra nağd vəsait problemi ilə üzləşən BP şirkətinin uzunmüddətli kredit reytinqi üzrə proqnozunu "stabil"dən "neqativ"ə endirib. Azinforum.az xəbər verir ki, "Fitch" 2014-2015-ci illərdə neftin 60%-dək ucuzlaşması səbəbindən BP-nin bu il 24-26 mlrd. dollar həcmində proqnozlaşdırılan investisiya xərclərini 20 mlrd. dollara qədər azaltdığı müəyyənləşib. BP-nin bu il nağd vəsait axınının əhəmiyyətli şəkildə azalacağı ehtimal olunur. Meksika körfəzində 2010-cu ildə baş verən faciəyə görə 13,7 mlrd. dollar təzminat ödəyən BP-nin nağd aktivlərinin hələ də lazımi səviyyədə olduğunu vurğulayan "Fitch" şirkətə bu səbəbdən "A" reytinqi verdiyini açıqlayıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol