Sosial şəbəkədə biz:

"İŞİD-i Barak Obama yaradıb"

30 January 2017, 13:12
Gündəm
"İŞİD qruplaşmasını Barak Obama yaradıb".
Moderator.az xəbər verir ki,  bu bəyanatla İraqın sabiq baş naziri, hazırda ölkənin vitse-prezidenti olan Nuri əl-Maliki çıxış edib.
ABŞ-ın 44-cü prezidenti Barak Obamanın Yaxın Şərq siyasətini sərt tənqid  edən Nuri əl-Malikinin qənaətinə görə, İŞİD özbaşına yaranmayıb.
“İŞİD eynilə ABŞ tərəfindən SSRİ ilə mübarizə aparmaq üçün yaradılan Taliban qruplaşması kimi meydana çıxıb. İŞİD Obama tərəfindən yaradılmışdı ki, mənim İraqda  başçılıq etdiyim hökuməti devirsin. Tramp artıq bu barədə danışıb”, - deyə o vurğulayıb.(Apa)