Sosial şəbəkədə biz:

Müəllimə 15 yaşlı oğlan şagirdinə təcavüz etdi - Bakıda məktəbdə ŞOK HADİSƏ

31 January 2017, 13:26
Gündəm
Azərbaycanda müəllimin şagirdi ilə intim münasibətdə olduğu üzə çıxıb.
Azinforum.az ölkə.az-a istinadən xəbər verir ki, hadisə Bakı məktəblərindən birində baş verib.
Əldə etdiyimiz məlumata görə, məktəbdə müəllim işləyən Nazilə Məmmədova (ad şərtidir-red.) 15 yaşlı şagirdi Tofiq Əhmədov ilə (ad şərtidir-red.) bir neçə aydır intim münasibətdə olurmuş. Məsələdən xəbər tutan şagirdin anası bununla bağlı məktəb rəhbərliyinə və hüquq-mühafizə orqanlarına müraciət edib. Həmçinin qeyd edilir ki, sözügedən müəllimin həyat yoldaşı yetərincə tanınmış və nüfuzlu şəxsdir. Hazırda iş təhqiqatda olduğu üçün müəllimin kimliyini açıqlamırıq. Mövzunu diqqətdə saxlayacağıq.