Sosial şəbəkədə biz:

“Səba” dovğasının istehsalçısı vətəndaşın qəsdinə durub? – BİABIRÇILIQ

31 January 2017, 21:13
Gündəm
Yasamal rayonu sakinindən redaksiyamıza “Səba” markasından şikayət daxil olub. Belə ki, narazı vətəndaş “Səba” məhsulundan əməlli-başlı risq yaşadıqlarını qeyd etməklə yanaşı, şirkətdən şikayətçi olduğunu da diqqətə çatdırıb. Şikayətci dia.az-a bildirir ki, iki gun bundan öncə Yasamal rayonundakı marketlərdən birindən “Biləsuvar Aqro” MMC-nin brendi olan “Səba” dovğası alıb. Dovğandan dadmaq istəyən şikayətçinin övladı xoş olmayan sürprizlə qarşılaşıb. Belə kı dovğanın icində olan mənşəyi bəlli olmayan tikanlı bitki uşağı boğulma təhlükəsizliyi ilə üz-üzə qoyub. Görəsən “Biləsuvar Aqro” bu cür məsuliyyətsiz hərəkətlərlə niyə insanların həyatını təhlükəyə atır? Onu da bildirək ki, məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacağıq. Mövzu diqqətimizdədir.