Sosial şəbəkədə biz:

Şaxtalı hava ilə əlaqədar orta məktəblər bağlanacaqmı? - RƏSMİ

01 February 2017, 09:53
Gündəm
Ölkə ərazisində müşahidə edilən kəskin soyuq hava şəraiti orta məktəblərdə dərsə davamiyyətə təsir edib. Bu barədə Lent.az-a Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, qış tətilindən sonra ilk dərs günü olsa da, hazırda şaxtalı-qarlı hava ilə əlaqədar dərsə davamiyyət aşağı düşüb.   C. Valehov şaxtalı hava ilə əlaqədar orta məktəblərin bağlanmasının nəzərdə tutulmadığını bildirib.