Sosial şəbəkədə biz:

Nərimanovda yaşayış binasında yanğın: 4 nəfər təxliyə olundu

01 February 2017, 09:55
Gündəm
Bakının Nərimanov rayonunda ikimərtəbəli, kommunal tipli taxta konstruksiyadan ibarət yaşayış binasında yanğın olub. Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə və digər otaqda 10 m² sahədə ev əşyaları yanıb. Yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.