Sosial şəbəkədə biz:

Nazirlik: Azərbaycanda yaxın iki gündə hava şəraiti günəşli və yağmursuz olacaq

06 February 2017, 11:04
Gündəm
“Azərbaycanda bu gün müşahidə olunan hava şəraiti sabah da davam edəcək”. Bunu “Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib. O bildirib ki, fevral ayının 6 və 7-də ölkə ərazisində hava şəraiti sabit keçəcək: "Hazırda müşahidə olunan sabit hava şəraiti bu gün və sabah da davam edəcək. Hava şəraitinin günəşli və əsasən yağmursuz olacağı gözlənilir".