Sosial şəbəkədə biz:

Baba nəvəsinə atəş açdı - Uşağın ayağı kəsildi

07 February 2017, 12:20
Gündəm
Qazaxda baba nəvəsini güllələyib.Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, fevralın 6-da Qazax rayonunun Şıxlı kəndində kənd sakini Səyad Nəsibovun oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobildə özünə məxsus "TOZ-34" markalı tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəş 7 yaşlı nəvəsi S.Nəsiblinin sol baldır nahiyəsinə dəyib. Xəstəxanaya yerləşdirilən uşağın sol ayağı amputasiya edilib. Qazax RPŞ əməkdaşları tərəfindən hadisə yerindən "TOZ-34" markalı tüfəng götürülüb.