Sosial şəbəkədə biz:

Putin Ermənistana 200 milyon dollar verəcək

27 June 2015, 13:58
Gündəm
Rusiya Ermənistanda hərbi arsenalını müasir silahlarla təmin etməkdən ötrü 200 milyon dollar kredit verəcək. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Ermənistan prezidenti Serj Sərkisyanın mətbuat xidməti dövlət başçısının Rusiyanın nəqliyyat naziri ilə görüşündən sonra məlumat yayıb. “Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclasında Ermənistana 200 milyon dollar kredit verilməsini nəzərdə tutan müqavilənin imzalanması razılaşdırılıb. Bu məbləğ Ermənistan silahlı qüvvələrinin arsenalını silsilə müasir silah növləri ilə genişləndirməyə imkan verəcək”, – mətbuat xidmətinin məlumatında qeyd edilir.