Sosial şəbəkədə biz:

Mariya Zaxarova erməni jurnalisti məsxərəyə qoydu - VİDEO

12 February 2017, 10:19
Gündəm
Rusiya XİN rəsmisi Mariya Zaxarovanın brifinqindən videoreportaj yayımlanıb. Həmin tədbirdə M.Zaxarova erməni jurnalistin sualına sarkazm dolu cavabı ilə yadda qalıb. Virtualaz.org xəbər verir ki. fevralın 9-da keçirilmiş brifinqdə erməni jurnalist Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı Rusiya tərəfinin gördüyü tədbirlərlə maraqlanıb. Zaxarova etiraf edib ki, suala cavab verməkdə çətinlik çəkir, sonra isə jurnalisti məsxərəyə qoyub: “Sevindirici haldır ki, Ermənistan KİV Rusiya-Azərbaycan münasibətlərinə belə qayğı ilə yanaşırlar”. “Mövzu Rusiya tərəfinin nəzarətindədir”, - XİN rəsmisi bildirib. “Lakin Ermənistan nümayəndəsi kimi sizə sağ olun deyirəm ki, bu mövzuya belə maraq göstərirsiniz. Sağ olun ki, Rusiya vətəndaşlarının taleyi barədə bizə xatırlatmalar edirsiniz”, - bu sözləri Zaxarova aşkar sarkazmla söyləyib.