Sosial şəbəkədə biz:

Müsavat Partiyasından  Ermənistana sığınan Şahin Mirzəyev açıqlaması: "Partiyamızın üzvü olub, lakin..."

13 February 2017, 11:44
Gündəm
Azinforum.az Ermənistana sığınan  Şahin Mirzəyevin  vaxtilə Müsavat Partiyasının üzvü olduğuna dair məlumat yaymışdı. Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı saytımıza açıqlamasında Ermənistana sığınan şəxsin sabiq müsavatçı olduğunu təsdiqləyib: "Şahin Mirzəyev Müsavat Partiyasının üzvü olub, lakin  2014-cü ildə partiyanın Nizamnaməsini pozduğu üçün qeydiyyatda olduğu rayon təskilatının Şura iclasında partiya sıralarından xaric edilib". Çinarə, Azinforum.az