Gürcüstanda azərbaycanlıların yaşadığı Dmanisi rayonunda zəlzələ baş verib
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Dmanisi rayonunda 2,9 bal gücündə zəlzələ olub. Bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat verib.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 19:37-də qeydə alınıb. Zəlzələnin episentri Qarabulaq kəndində yerləşib.
Zəlzələ nəticəsində dağıntı və zərərçəkən olmayıb. (APA)