Sosial şəbəkədə biz:

Quba-Xınalıq yolunda da qar uçqunu oldu

17 February 2017, 14:39
Gündəm
Bu gün Quba-Xınalıq yolunda qar uçqunu olub. APA-nın verdiyi məlumata görə, uçqun magistralın 37-ci kilometrliyində baş verib. Uçqun nəticəsində yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Xınalıqla bərabər yolun üzərində olan daha 7 kəndlə əlaqə kəsilib. “Azəravtoyol” ASC-nin yerli qurumunun canlı qüvvəsi və ağır texnikası əraziyə cəlb olunub. Hazırda yolun təmizlənməsi istiqamətində işlər aparılır.