Sosial şəbəkədə biz:

Azərbaycanda ötən il 17 adam oğurluğu faktı qeydə alınıb

17 February 2017, 21:30
Gündəm
Azərbaycanda əcnəbilərin törətdiyi cinayətlərin statistikası açıqlanıb. Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, Daxili İşlər Nazirliyindən alınan məlumatlara görə, 2016-cı ildə ölkədə qeydə alınan cinayətlərin 211-i xarici ölkələrin, onların 37-si isə MDB-yə üzv olan ölkələrin vətəndaşları törədib. Məlumatda qeyd olunur ki, ötən il Azərbaycanda 17 adam oğurluğu faktı qeydə alınıb. Onlardan 11-i evlənmək məqsədilə qadın oğurluğu olub.