Sosial şəbəkədə biz:

Yanvar ayında Azərbaycan əhalisi mobil rabitəyə 64 milyon manat xərcləyib

18 February 2017, 12:04
Gündəm
Cari ilin yanvar ayı ərzində informasiya və rabitə müəssisələri 127,8 mln. manatlıq xidmət göstərib ki, onun da 71,3%-i əhali tərəfindən istehlak olunub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 2,3% azalıb, bu sahədə əldə edilmiş gəlirin 79,8%-i qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 50,0%-i və ya 63,9 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. Azərbaycan əhalisinin uşaqlı-böyüklü 10 milyon nəfərə yaxın olduğunu nəzərə alsaq, adambaşına mobil rabitəyə təxminən 7 manat xərcləmişik.