Sosial şəbəkədə biz:

YAP icra katibinin müavini: “Guya martda vitse-prezidentlər təyin olunacaq...”

20 February 2017, 11:17
Gündəm
“Azərbaycanın vitse-prezidentlərinin təyin olunacağı ilə bağlı məlumatları tez-tez oxuyuram. Hətta, yazırlar ki, guya martda və yaxud da apreldə vitse-prezidentlər təyin olunacaq”. Bu sözləri ölkə.az saytına müsahibəsində YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, KİV-də tezlilklə belə təyinatların veriləcəyi belə xəbərlər yayılır: “Ancaq bunu cənab Prezidentdən başqa heç kəs bilmir. Vitse-prezidentlərin nə zaman və bu vəzifəyə kimlərin təyin olunacağını cənab Prezidentdən savayı heç kəs bilə bilməz”.