Sosial şəbəkədə biz:

“Putin Donbasda ikinci Hələb yaratmaq istəyir”

20 February 2017, 19:10
Gündəm
Rusiya Donbasda ikinci Hələb yaratmaq istəyir. Axar.az xəbər verir ki, bunu “Bild”qəzetinə müsahibəsində Ukrayna Prezidenti Pyotr Poroşenko söyləyib. “Ukraynanın şərq vilayətlərinin bir qismində vəziyyət dramatikdir. Əlimizdə separatçıların dinc sakinlərə məqsədyönlü şəkildə hücumları ilə bağlı faktlar var. Putin Donbasda Ukrayna Hələbi yaratmaq istəyir”, – deyə o bildirib.