Sosial şəbəkədə biz:

Naxçıvanın Konstitusiyasına dəyişiklik ediləcək

21 February 2017, 10:36
Gündəm
Fevralın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası çağırılıb. Azinforum.az-ın  məlumatına görə, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası fevral 23-də saat 11.00-da Naxçıvan şəhərində çağırılıb. Sessiyanın gündəliyinə 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr, Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi və Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi daxil edilib.