Sosial şəbəkədə biz:

Kamal Abdulla Cocuq Mərcanlıda bəzi evlərin muzey kimi saxlanılmasını təklif edib

21 February 2017, 12:36
Gündəm
“İşğaldan azad olunan Cocuq Mərcanlı kəndində ermənilər tərəfindən vandalizmə məruz qalmış bir neçə evin açıq səma altında işğal muzeyi kimi qalması yaxşı olardı”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin müşaviri Kamal Abdulla Qafqaz Müsəlmanları İdarəsində “Xocalı soyqırımı xalqın qan yaddaşıdır!!! “Xocalıya ədalət!”” adlı tədbirdə bildirib. O qeyd edib ki, Dağlıq Qarabağa qayıdış Cocuq Mərcanlıdan başlayır: “Ümid edirəm ki, Cocuq Mərcanlıda erməni vandalizminin nümunəsi olaraq dağılmış evlərin bir hissəsi açıq səma altında bir muzey kimi saxlanılacaq və bizi erməni vandalizmini daim yaddaşımızda saxlamağa çağıracaq”.